25 il əvvəl İngiltərədəki bir gil karxanasında tapılan dinozavr fosili nəhayət tamamilə yeni bir cins və növ kimi tanınıb.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dördayaqlı ot yeyən heyvanın təxminən 5 metr uzunluğunda və 1,5 ilə 2 metrik ton arasında çəkidə olduğu təxmin edilir ki, bu da onu kərgədanla müqayisə edilə bilən ölçüyə gətirir. Lakin sümüklərinin tam inkişaf etməməsi, fərd öləndə hələ gənc olduğunu göstərir.
Elmin Alışov