Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya və Slovakiyanın XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə edib
dünya

Rusiya və Slovakiyanın XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə edib

26-10-2026 17:00 28 Baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Yuray Blanarla görüşündə ikitərəfli münasibətləri, Ukraynadakı vəziyyəti və Rusiya ilə Avropa İttifaqı arasındakı əlaqələri müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə oktyabrın 26-da Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı Ukrayna ətrafındakı vəziyyət və Rusiya–Avropa İttifaqı münasibətlərində mövcud böhranla bağlı fikir mübadiləsi aparılıb.

Rusiya XİN-in məlumatına əsasən, konstruktiv şəraitdə keçən görüşdə Rusiya–Slovakiya əməkdaşlığının praktiki məsələləri, eləcə də siyasi dialoqun inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər ticarət-iqtisadi, mədəni-humanitar və hərbi-tarixi irsin qorunması sahələrində əməkdaşlığa xüsusi diqqət ayırıblar.

 

Aysel Şirinova