Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya Prezidenti 8 ildən sonra Çinə ilk səfərini edəcək
dünya

Almaniya Prezidenti 8 ildən sonra Çinə ilk səfərini edəcək

23-10-2026 16:00 21 Baxış
IMG

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 27-dən 31-dək Çinə dövlət səfəri edəcək. Bu, Almaniya dövlət başçısının təxminən 8 ildən sonra Çinə ilk səfəri olacaq.

 

Tvit.az-ın xarici mediaya istinadla məlumatına görə, səfər Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında baş tutacaq.

 

Səfər çərçivəsində Si Cinpin Ştaynmayerlə danışıqlar aparacaq. Çinin Baş naziri Li Çian və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Çjao Letszi də Almaniya Prezidenti ilə görüşərək ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Pekin bu səfəri qarşılıqlı etimadın möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi və innovasiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi üçün fürsət kimi qiymətləndirir.

Onun sözlərinə görə, Çin tərəfi səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə ümid edir.

 

Aysel Şirinova