Tehranda Avrasiya İqtisadi Birliyi və İran arasında Azad Ticarət Sazişinin icrası üzrə Birgə Komitənin ikinci iclası keçirilib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Tədbir Avrasiya İqtisadi Komissiyasının ticarət üzrə naziri Slepnyov və İranın sənaye, mədən və ticarət naziri Atabəkin həmsədrliyi ilə baş tutub.
Tərəflər avtomobil, tibb və əczaçılıq məhsullarının bazarlara çıxışı məsələlərini müzakirə edib, hazır istehlak mallarının bazara çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üzrə tədbirlər planının hazırlanması barədə razılığa gəliblər.
Elmin Alışov