Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniya Ukraynaya əlavə Storm Shadow raketləri göndərəcək
dünya

Britaniya Ukraynaya əlavə Storm Shadow raketləri göndərəcək

15-10-2026 21:00 13 Baxış
IMG

Böyük Britaniya Ukraynaya daha çox uzaqmənzilli Storm Shadow raketləri göndərəcək.

 

Müvafiq məsələ 14 oktyabrda Londonda Birləşmiş Krallığın Baş naziri Endi Bernham və Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub.

 

Downing Street bu məlumat barədə şərh verməkdən və Ukrayna münaqişəsinin başlanğıcından bəri Londonun Kiyevə neçə belə uzun mənzilli raket göndərdiyini dəqiqləşdirməkdən imtina edib.

 

Rusiyanın Londondakı sabiq səfiri Andrey Kelin TASS-a verdiyi müsahibədə bildirib ki, Böyük Britaniya Ukraynadakı münaqişəyə cəlb olunub, bəlkə də digər NATO üzv ölkələrdən daha dərin. O, Ukraynada xüsusi təyinatlılar, təlimçilər və Storm Shadow-un buraxılışında iştirak edən hərbi mütəxəssislərin mövcudluğunun rəsmi təsdiqləndiyini vurğuladı.