Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək
dünya

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

27-11-2026 21:00 40 Baxış
IMG

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə sənayesi, birgə texnoloji layihələr və hərbi kadrların hazırlanması sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

 

Tvit.az xəbər verir ki, bu barədə İslamabadda keçirilən üç ölkənin Strateji Siyasi-Müdafiə Komitəsinin ikinci iclasının yekunlarına dair bəyanatda bildirilib.

 

Tərəflər kollektiv müdafiə və ərazi bütövlüyü prinsiplərinə sadiq olduqlarını təsdiqləyib, həmçinin Səudiyyə Ərəbistanının təhlükəsizliyinə dəstəyi gücləndirmək barədə razılığa gəliblər. Bundan əlavə, onlar husilərin Krallığın mülki əhalisinə və infrastrukturuna davam edən hücumlarını pisləyiblər.

 

İştirakçılar Səudiyyə Ərəbistanında Məkkə sazişi üzrə katibliyin yaradılması istiqamətində işi davam etdirmək, regional təhlükəsizlik və gərginliyin azaldılması məsələləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq barədə də razılığa gəliblər.