Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bəqayi ABŞ-ın İrana qarşı “kobud təbliğatını” tənqid edib
dünya

Bəqayi ABŞ-ın İrana qarşı “kobud təbliğatını” tənqid edib

18-09-2026 17:00 14 Baxış
IMG

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana qarşı siyasətini və Vaşinqtonun yaydığı “kobud təbliğatı” tənqid edib.

 

Tvit.az xəbər verir ki, Bəqayi X hesabında bildirib ki, bir tərəfdən İran vətəndaşlarına “maksimum ağrı və əzab vermək üçün qəsdən hazırlanmış qəddar iqtisadi müharibə” aparılır, digər tərəfdən isə İran rəsmilərinin ABŞ-da lüks alış-veriş etməsinin qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətlər “teatrlaşdırılmış şəkildə” elan edilir.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot isə bildirib ki, İranın BMT missiyası rəsmilərinə, səfərdə olan rəsmilərə və onların ailə üzvlərinə lüks mallar almaq və topdansatış klublarına üzv olmaq qadağası davam edəcək. Onun sözlərinə görə, məqsəd BMT Baş Assambleyasında iştirak edəcək İran rəsmilərinin Nyu-Yorkda dəbdəbəli alış-veriş etməsinin qarşısını almaqdır.

 

Bəqayi həmçinin ABŞ-ın dünyaya “Pluribus” serialındakı kimi yanaşdığını deyərək Vaşinqtonun “hekayəsinin tamamilə udulduğu bir yuva” yaratmağa çalışdığını bildirib. O, ABŞ-ın siyasətini “İran xalqına qarşı qanunsuz seçim müharibəsi başladan düşüncə tərzinin sadəlövhlüyünü” göstərən təbliğat adlandırıb.

 

Aysel Şirinova