Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az xəbər verir ki, hadisə paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində gecə saatlarında qeydə alınıb.
Sözügedən hadisə sentyabrın 18-də, saat 01:50- də baş verib. Firudin İlqar oğlu Quliyevin idarə etdiyi "Lada Granta" markalı, 77-YZ-947 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirib və onu yol kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində sürücü ilə yanaşı onun sərnişini Mehman Ceyhun oğlu Əhmədov xəsarət alıblar, avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.