Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əraqçı: ABŞ-İran münaqişəsi regional nizamı kökündən dəyişib
dünya

Əraqçı: ABŞ-İran münaqişəsi regional nizamı kökündən dəyişib

17-09-2026 16:00 21 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı çinli həmkarı Vanq Yi ilə görüşündə ABŞ-İran münaqişəsindən sonra bölgədə vəziyyətin dəyişdiyini bildirib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Əraqçı ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarının bölgədəki mövcud vəziyyətə təsir etdiyini deyib və Çinin bu hücumları pisləyən mövqeyini yüksək dəyərləndirib.


Nazirin sözlərinə görə, müharibədən sonra bölgədə yeni şərait yaranıb. O, region ölkələri arasında dialoq və əməkdaşlıq əsasında formalaşacaq yeni regional nizamda xarici qüvvələrin müdaxiləsinə yer olmamalı olduğunu bildirib.


Elmin Alışov