İraq son 15 ildə ilk dəfə nefti avtomobil nəqliyyatı ilə Suriyaya göndərib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, quru yolu ilə daşınmaya Hörmüz boğazının blokadaya alınması səbəbindən neft ixracı üçün alternativ marşrutların axtarılması fonunda başlanılıb. Yüzlərlə neftdaşıyan avtomobil İraq neftini Suriyadakı Banyas neft terminalına çatdırır.
Neft daha sonra dəniz yolu ilə daşınmaq üçün terminalda gəmilərə yüklənib.
Bu marşrut İraqa neft ixracı üçün alternativ dəhliz təqdim etməklə yanaşı, Suriyanın enerji resurslarının daşınmasında tranzit qovşağı kimi rolunu yenidən canlandırır.
Aysel