Yaponiyanın SoftBank şirkəti OpenAI-yə investisiyalarını maliyyələşdirmək üçün 11,87 milyard dollar kredit cəlb edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, ikiillik kredit müqaviləsində təxminən 20 bank iştirak edib. İlkin olaraq 10 milyard dollar nəzərdə tutulan maliyyələşmə 11,87 milyard dollara çatıb.
SoftBank-ın OpenAI-yə ümumi investisiyasının 64,6 milyard dollara çatacağı gözlənilir.
Aysel Şirinova