Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Modi Pezeşkianla görüşdə dənizçilik və ticarət azadlığını müzakirə edib
dünya

Modi Pezeşkianla görüşdə dənizçilik və ticarət azadlığını müzakirə edib

11-09-2026 20:00 10 Baxış
IMG

Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla görüşdə dənizçilik və ticarət azadlığının, eləcə də dənizçilərin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.

 

Tvit.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Modi və Pezeşkian Nyu-Dehlidə keçirilən BRICS sammiti ərəfəsində görüşüblər.

 

Modi Hindistanın bütün məsələlərin dialoq və diplomatiya yolu ilə həll edilməli olduğuna dair mövqeyini bir daha ifadə edib.

 

O, həmçinin bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylərin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, İran və ABŞ arasında davam edən münaqişə Körfəz neftinin Hindistan da daxil olmaqla bir sıra ölkələrə ixracını dayandırıb. Tankerlərə edilən hücumlar nəticəsində bir neçə hindistanlı dənizçi də həlak olub.

 

Aysel Şirinova