2025-ci ildə təxminən 305 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.
Tvit.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletcher deyib.
Gələn il dünya üzrə 305 milyon insanın humanitar yardıma ehtiyacı olacağı təxminlərini bölüşən Fletcher, BMT və onun humanitar tərəfdaşlarının dünya üzrə 190 milyon insanı dəstəkləmək üçün 2025-ci ildə 47 milyard dollar dəyərində yardım çağırışı başlatdıqlarını qeyd etdi.
Elmin Alışov