Bu gün İranın Semnan əyalətinin Dibac şəhərində 4,6 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə “İRNA” agentliyinə istinadən xəbər verir.
Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib. Hələlik təbiət hadisəsi nəticəsində dağıntılar və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Elmin Alışov