Amerikanın elektrik avtomobilləri istehsalçısı "Tesla" şirkəti Çindəki biznesini sata və ya öz fəaliyyətini dayandıra bilər.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Çin bölməsinin satılmasının səbəbi Tesla şirkətinin "SpaceX" ilə birləşməsinə hazırlıqdır. SpaceX , əməliyyatlarına əhəmiyyətli məhdudiyyətlər qoyan Pentaqonun əsas podratçısıdır.
Bildirilib ki, birləşmə baş verərsə, Teslanın Çin bölməsinin ümumi strukturdan ayrılması potensial maraq toqquşmalarını və tənzimləyici riskləri aradan qaldıracaq.
Aysel Şirinova