Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Misir Prezidenti ilə İspaniyanın baş naziri arasında telefon danışığı baş tutub
dünya

Misir Prezidenti ilə İspaniyanın baş naziri arasında telefon danışığı baş tutub

30-07-2026 22:00 15 Baxış
IMG

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İspaniyanın Baş Naziri Pedro Sançes arasında telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, liderlər Yaxın Şərqdə getdikcə artan gərginliyin qarşısını almaq üçün beynəlxalq birliyin güclərini səfərbər etməsinin vacibliyini vurğulayıblar.

 

Telefon danışığı zamanı Misir dövlət başçısı ölkəsinin Domyat limanına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumla bağlı araşdırmaların davam etdiyini diqqətə çatdırıb. İspaniyanın Baş Naziri Pedro Sançes bu hücumu kəskin pisləyərək regionda sülh və təhlükəsizliyin təmin olunması üçün münaqişələrin yalnız dinc yolla həll edilməsinin vacibliyini qeyd edib.

Sançes, həmçinin Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında ədalətli həllinin bölgədə uzunmüddətli sabitlik üçün mühüm şərt olduğunu bildirib.

 

Aysel