Lerik rayonunda bədbəxt hadisə baş verib.
Tvit.az xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev yaşadığı evin eyvanından yıxılıb. İlkin məlumata görə, onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi, başgicəllənməsi nəticəsində müvazinətini itirərək yıxıldığı bildirilir.
Ağır xəsarətlər alan V.Quliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.