Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya səfirliyi: Antirusiya sanksiyaları haqqında qanun layihəsi ABŞ-a xidmət edir
dünya

Rusiya səfirliyi: Antirusiya sanksiyaları haqqında qanun layihəsi ABŞ-a xidmət edir

29-07-2026 22:00 10 Baxış
IMG

Antirusiya sanksiyaları haqqında qanun layihəsi Tramp administrasiyasına zərər verir.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.

 

Məlumata əsasən, iyulun 28-də ABŞ Senatında ilkin prosedur səsverməsindən keçən antirusiya sanksiyaları haqqında qanun layihəsi hazırkı ABŞ administrasiyasına xeyirdən çox zərər verir.

 

Səfirliyin bəyanatında qeyd olunub ki, bu ilin əvvəlində senator Lindsi Qrem və onun həmfikirləri Rusiyaya qarşı sanksiyaların maksimum dərəcədə sərtləşdirilməsini, o cümlədən Moskvadan enerji resursları alan ölkələrə 500 faizə qədər gömrük rüsumlarının tətbiqini tələb edirdilər.

 

Bəyanata görə, həmin dövrdə Ağ ev Prezident Donald Trampın Kremlə iqtisadi və digər təzyiq göstərmək üçün kifayət qədər səlahiyyətlərə malik olduğunu, əlavə qanunvericilik tələblərinin isə onun manevr imkanlarını məhdudlaşdıracağını bildirib.

 

Aysel Şirinova