Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan XİN başçısı ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
dünya

Qazaxıstan XİN başçısı ABŞ dövlət katibi ilə telefon danışığı aparıb

29-07-2026 21:00 13 Baxış
IMG
 
Qazaxıstanın xarici işlər naziri Yermek Bedelbayeviç Koşerbayev ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
 
 
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
 
Məlumata əsasən, tərəflər genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində ikitərəfli gündəmdə duran aktual məsələləri, həmçinin Prezident Kasım-Jomart Tokayevin G20 Sammitində iştirak etmək məqsədilə ABŞ-a planlaşdırılan səfərinə hazırlıq prosesini müzakirə ediblər.

Bundan əlavə, xarici siyasət idarələrinin rəhbərləri daha əvvəl hücumlara məruz qalan Xəzər Boru Kəməri Konsorsiumu (KTK) ətrafındakı vəziyyəti də ətraflı şəkildə müzakirə ediblər. 

 

Aysel Şirinova