Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar
siyasət

Bu ölkələrdəki səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar

29-07-2026 20:00 25 Baxış
IMG

Tahir Tofiq oğlu Tağızadə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Tağızadə Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Tahir Tağızadə səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

Prezidentin digər Sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada, eyni zamanda Monteneqroda və Şimali Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Kamil Xasiyev Azərbaycanın Serbiyadakı səfiri təyin edildi

O, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Avstriya və Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

6a68ccff9d5c1093eb5497dc 4

Dövlət başçısınmın digər Sərəncamı ilə R.Sadıqbəyli Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, R.Sadıqbəyli 2021-ci il iyulun 23-də Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri və digər vəzifələrə təyin olunmuşdu.