Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Şirvanın bəzi hissələrində qaz kəsiləcək
sosial

Şirvanın bəzi hissələrində qaz kəsiləcək

29-07-2026 11:00 63 Baxış
IMG

Şirvan şəhərinin bir sıra məhəllələrində təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

 

Bu barədə Report-a Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 29-da aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən şəhərin "Bağ evləri" yaşayış sahəsində, Heydər Əliyev prospektində, Teymur Ələkbərov, Tofiq Bağırov, Hacı Zeynalabdin Tağıyev, Səməd Vurğun, Məhəmməd Aydınov, Zakir Hacıyev və Mehdi Hüseynzadə küçələrində yaşayan ümumilikdə 5144 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.