Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya CENTCOM: İranın ABŞ bazalarına raket hücumları dəf edilib
dünya

CENTCOM: İranın ABŞ bazalarına raket hücumları dəf edilib

29-07-2026 10:00 61 Baxış
IMG

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi həyata keçirib.


Tvit.az bildirir ki, bu barədə CENTCOM-un "X" hesabında yaydığı məlumatada deyilir.


Komandanlıq qeyd edib ki, İran tərəfindən buraxılan bütün ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib.


CENTCOM əlavə edib ki, ABŞ qüvvələri bölgədə yüksək döyüş hazırlığı vəziyyətini qorumaqda davam edir. 


Elmin Alışov