Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Altı ayda Rusiya Silahlı Qüvvələri ilə təxminən 200 min nəfər müqavilə imzalayıb
dünya

Altı ayda Rusiya Silahlı Qüvvələri ilə təxminən 200 min nəfər müqavilə imzalayıb

28-07-2026 23:00 9 Baxış
IMG

2026-cı ilin ilk altı ayında Rusiya Silahlı Qüvvələri ilə təxminən 200.000 nəfər müqavilə imzalayıb, daha 16.000 nəfər isə Hava Hücumundan Müdafiə Qüvvələrinə könüllü olaraq qoşulub.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Təhlükəsizlik Şurasının Rusiya Silahlı Qüvvələrinə müqaviləli hərbçilərin cəlb edilməsi üzrə idarələrarası komissiyasının iclasında bildirib.

 

"Bu ilin ilk altı ayında təxminən 200.000 nəfər hərbi xidmət müqaviləsi imzalayıb. Bundan əlavə, 16.000-dən çox vətəndaşımız könüllü bölmələrə qoşularaq xüsusi hərbi əməliyyat zonalarına göndərilib", - deyə o, əlavə edib. 

 

Aysel Şirinova