Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Göydən "ulduz yağışı" yağacaq – Səmada möhtəşəm mənzərə yaşanacaq - TARİX
digər

Göydən "ulduz yağışı" yağacaq – Səmada möhtəşəm mənzərə yaşanacaq - TARİX

28-07-2026 22:00 11 Baxış
IMG

Bu il Perseid meteor yağışını izləmək istəyənlər üçün ən əlverişli tarix 12 avqustdan 13 avqusta keçən gecə olacaq. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, həmin gecə meteor yağışı pik həddə çatacaq və səmada ən çox "axan ulduz" müşahidə etmək mümkün olacaq.

 

Mütəxəssislərin məlumatına görə, səma hadisəsini saat 23:00-dan günəş çıxana qədər izləmək mümkündür. Xüsusilə saat 02:00–05:00 aralığı meteorların daha sıx göründüyü vaxt hesab edilir.

 

Aydın hava şəraiti və şəhər işıqlarından uzaq məkan seçən müşahidəçilər Perseid meteor yağışını daha parlaq və aydın şəkildə izləyə biləcəklər.

 

Qeyd edək ki, Perseid meteor yağışı hər il Yerin Swift–Tuttle kometası tərəfindən kosmosda buraxılmış toz və daş hissəciklərinin arasından keçməsi nəticəsində yaranan səma hadisəsidir. Xalq arasında buna "axan ulduz" deyilir, amma əslində bunlar ulduz deyil, kiçik kosmik hissəciklərdir.

 

Aysel Şirinova