Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər ABŞ-ın nüvə redaktorları şirkəti 470 milyon dollar investisiya alıb
digər

ABŞ-ın nüvə redaktorları şirkəti 470 milyon dollar investisiya alıb

28-07-2026 22:00 9 Baxış
IMG

Kiçik modul nüvə reaktorları (SMR) istehsal edən ABŞ-ın Antares şirkəti 470 milyon dollar investisiya alıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bunun 370 milyon dolları səhm, 100 milyon dolları isə borc maliyyələşdirməsi olub.

 

2023-cü ildə yaradılan şirkətin indiyədək cəlb etdiyi ümumi investisiya həcmi 604 milyon dollara çatıb. Antares yeni vəsaiti kiçik modul nüvə reaktorlarının hazırlanmasına, istehsalın genişləndirilməsinə və ABŞ hərbi obyektlərində ilkin tətbiqlərə yönəldəcəyini açıqlayıb.

 

Şirkət ABŞ hərbi bazaları və kritik infrastruktur üçün nəzərdə tutulan, 100 kilovattdan 1 meqavattadək enerji istehsal edə bilən mikroreaktorlar hazırlayır. Antares gələn il ilk elektrik enerjisi istehsal edən reaktorunu istismara verməyi planlaşdırır.

 

Aysel Şirinova