Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran Hörmüz boğazı ilə bağlı yeni xəbərdarlıq edib
dünya

İran Hörmüz boğazı ilə bağlı yeni xəbərdarlıq edib

28-07-2026 21:00 18 Baxış
IMG

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Tehran Hörmüz boğazı üzərində nəzarəti qorumaq üçün müharibənin yenidən başlanması da daxil olmaqla, "istənilən addımı" nəzərdən keçirə bilər.

 

Tvit.az xəbər verir ki, Fars xəbər agentliyinin yaydığı məlumata görə, Qəribabadi deyib ki, İran gəmilər üçün Oman sahillərinə daha yaxın cənub marşrutu açacağı təqdirdə, boğaz üzərində suveren hüquqlarını həyata keçirmək imkanını itirə bilər.

 

O həmçinin bildirib ki, Hörmüz boğazına yaxınlaşan istənilən Avropa gəmisi İran tərəfindən "qanuni hədəf" hesab oluna bilər.

 

Qəribabadinin bu açıqlamaları bölgədə gərginliyin yenidən artması ilə bağlı narahatlıqları gücləndirib.

 

Aysel Şirinova