Apple ilk ağıllı eynək modelini 2027-ci ilin iyun ayında keçiriləcək WWDC konfransında təqdim edəcək.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Meta Ray-Ban kimi mövcud rəqibləri ilə rəqabət aparmağı hədəfləyən Apple, yeni cihazı üçün əsas marketinq elementi kimi istifadəçi məxfiliyinə diqqət yetirir.
Bu məqsədlə şirkətin mövcud Apple məhsullarında hələ mövcud olmayan bir sıra yeni aparat və proqram təminatına yönəlmiş məxfilik xüsusiyyətlərinin prototiplərini hazırladığı deyilir.
Aysel Şirinova