İran və Türkiyə ilə sərhədin mühafizəsində Rusiya ilə yanaşı Ermənistan sərhəd xidmətinin hərbi qulluqçuları da iştirak edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Putin və Paşinyanın bugünkü görüşündə razılıq əldə olunub.
"Baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşündə razılıq əldə olunub ki, 2025-ci il yanvarın 1-dən Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları da Ermənistan-İran və Ermənistanın müdafiəsində iştirak edəcəklər", - deyə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.
Aysel