Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Barbok Çinə səfərini Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin başlanğıcı adlandırıb.
Tvit.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Bu məqamı bir daha vurğulamaq istəyirəm: həm Almaniyada, həm də Avropada təhlükəsizliyimizi qorumaq üçün indi Ukraynanı dəstəkləməliyik. İndi bizim hamımız üçün sülh prosesinə birlikdə girmək heç də az əhəmiyyət kəsb etmir”, - diplomat qeyd edib.
Barbok həmçinin qeyd edib ki , Almaniya kansleri Olaf Şoltsun Kiyevə gözlənilməz səfəri mümkün qədər tez sülhün bərqərar olmasına yaxınlaşmaq məqsədi daşıyır.
Elmin Alışov