Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR
idman

"Qarabağ" daha bir legioneri klubdan GÖNDƏRİR

14-07-2026 13:00 47 Baxış
IMG

"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırmaq qərarına gəlib.

 

Tvit.az-ın Kipr mətbuatına istinadla verdiyi məlumata görə, komandanın sol cinah müdafiəçisi Jeremi Qnali komandasını dəyişməyə yaxındır.

 

Belə ki, bu ilin qış transfer pəncərəsində Yunanıstanın AEK klubundan "Qarabağ"a cəlb edilən fransalı sol cinah müdafiəçisi gözləntiləri doğrultmayıb.

 

Artıq bir neçə komandadan təklif alan 24 yaşlı futbolçunu "Qarabağ" rəhbərliyi icarə əsasında başqa kluba göndərməyi planlaşdırır.

 

Qeyd edək ki, gənc oyunçunun Ağdam klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.