Fələstində işğal bitənə qədər mübarizəmiz davam edəcək.
Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
“Fələstində işğal bitənə və 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”,- deyə Ərdoğan vurğulayıb.
Elmin Alışov