Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əraqçı: Hörmüz boğazında nəqliyyat İran və Oman tərəfindən əlaqələndiriləcək
dünya

Əraqçı: Hörmüz boğazında nəqliyyat İran və Oman tərəfindən əlaqələndiriləcək

05-06-2026 16:00 28 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran və Oman beynəlxalq hüquq çərçivəsində Hörmüz boğazında gəmiçilik və nəqliyyatın hərəkətinin əlaqələndirilməsi və tənzimlənməsi istiqamətində əməkdaşlıq edəcəklər.


Tvit.az xəbər verir ki, bu barədə Əraqçı “Əl-Məyadin” telekanalına müsahibəsində qeyd edib.


Onun sözlərinə görə, boğazın idarə olunması ilə bağlı yekun qərarlar əsasən İran və Oman tərəfindən veriləcək.


Nazir vurğulayıb ki, Hörmüz boğazının təhlükəsizliyi və nəqliyyat axınının davamlılığı regional və beynəlxalq əhəmiyyət daşıyan məsələdir.


Elmin Alışov