Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa Ukrayna danışıqlarında daha fəal iştiraka çağırır
dünya

Avropa Ukrayna danışıqlarında daha fəal iştiraka çağırır

05-06-2026 15:00 31 Baxış
IMG

Çexiyanın Baş naziri Andrey Babiş bildirib ki , ABŞ Prezidenti Donald Trampın diqqəti digər məsələlərə yönəldiyi bir vaxtda Avropa İttifaqı (Aİ) Ukrayna danışıqlarında aparıcı rol oynamalıdır.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

"Aİ-də kimsə təşəbbüs göstərməlidir; cənab Trampın buna vaxtı yoxdur", - deyə o vurğulayıb.

Andrey Babişin sözlərinə görə, Amerika lideri hazırda İranla münaqişənin həllinə , xüsusən də Hörmüz boğazından gəmilərin daşınmasını bərpa etməyə diqqət yetirir. Bu şəraitdə Avropa ölkələri Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlarda daha fəal iştirak etməlidirlər.