Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Müəllim işləmək istəyənlərin nəzərinə!
sosial

Müəllim işləmək istəyənlərin nəzərinə!

02-06-2026 15:00 29 Baxış
IMG

2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

 

Bu barədə Tvit.az-a MÜTDA-dan məlumat verilib.

 

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.