Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial BTQ-nin istismara verilmə mərasimi keçirilir
sosial

BTQ-nin istismara verilmə mərasimi keçirilir

02-06-2026 14:00 29 Baxış
IMG

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tiflis-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.

 

Tvit.az APA-ya istinadla xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

 

Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov təmsil edir.

 

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.