Almaniyanın "Bavariya" klubu PSV-nin (Niderland) və Mərakeş yığmasının vingeri İsmael Saybarini heyətinə qata bilər.
Tvit.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb.
Saybarinin "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilib. Lakin Münhen klubu transfer məbləğini PSV ilə razılaşdırmalıdır. Futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, İ.Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 matça çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.