Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıdan Ermənistana buğda və taxıl göndərildi
sosial

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

01-06-2026 14:00 41 Baxış
IMG

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

 

Tvit.az xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 139 ton olan buğda və 2 vaqondan ibarət çəkisi 138 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

 

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.