ABŞ prezidenti Co Baydenin vaxt azlığı səbəbindən Ukraynaya kömək etmək üçün milyardlarla dollar xərcləməyə vaxtı olmayacaq. Bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) nəşrinin məlumatında bildirilir.
"Biden administrasiyasının qanunvericilərin Ukraynanı silahlandırmaq üçün ayırdığı milyardlarla dollardan istifadə etməyə kifayət qədər vaxtı qalmır", - DEYƏ ABŞ rəsmiləri qəzetə bildiriblər.
Qeyd edilir ki, Kiyevə dəstək üçün vaxtın olmaması Ukraynaya göndərilən silahların "həddinə çatan" Pentaqonun logistik problemləri ilə izah olunur. Bununla yanaşı, qalan pullardan istifadə qərarı prezident seçilmiş Donald Tramp tərəfindən veriləcək.