Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
sosial

Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü

21-05-2026 10:00 25 Baxış
IMG

Azərbaycanlı zəvvarların sonuncu qrupu həcc ziyarətinə yola düşüb.

 

Tvit.az xəbər verir ki, 130 zəvvarın olduğu sonuncu - 7-ci təyyarə saat 06:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə yolda düşüb.

 

Bildirək ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.

 

Xatırladaq ki, mayın 27-də və 28-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq.