Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Samuxda yas mərasimində zəhərlənən 21 nəfərin son durumu
hadisə

Samuxda yas mərasimində zəhərlənən 21 nəfərin son durumu

20-05-2026 22:00 15 Baxış
IMG

20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

 

"Tvit.az" xəbər verir ki, Agentlikdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar. 

 

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

 

Araşdırmalar davam etdirilir.