Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putinlə Ərdoğan arasında telefon danışığı olub
dünya

Putinlə Ərdoğan arasında telefon danışığı olub

07-10-2024 18:00 93 Baxış
IMG

Putinlə Ərdoğan arasında telefon danışığı olub.

Tvit.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Rusiya lideri Vladimir Putini 72 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.

Liderlər həmçinin Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun olduqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.

“Razılaşma Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Kazanda keçirilən BRİKS sammiti zamanı ayrıca görüşün keçirilməsinə dair razılıq əldə edilib”, - Kremlin bəyanatında deyilib.