Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlər törətməkdə təqsirləndirilən daha 32 nəfəri əfv edib.
Tvit.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətində məlumat verilib.
"Bunlar 8 qadın və 24 kişidir. Onların hamısı özlərini günahkar bilib, etdiklərindən tövbə edib və əfv üçün müraciət ediblər", - məlumatda deyilir.
Bildirilib ki, Daxili İşlər Nazirliyi onların qanuna tabe davranışlarına nəzarəti təmin edəcək.
Belarus Prezidenti sonuncu dəfə ekstremist xarakterli cinayətlərdə təqsirləndirilən 31 nəfəri bu ilin noyabrın 7-də əfv edib. Lukaşenko qeyd edib ki, 2020-ci ildə Belarusda keçirilən etiraz aksiyalarında iştirak etməkdə təqsirləndirilən şəxslərin əfv olunması Qərblə münasibətləri yaxşılaşdırmaq istəyi ilə deyil, humanitar baxımdan nəzərə alınması ilə diktə edilib.
Aysel Şirinova