Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu şəxslər üçün ictimai nəqliyyat pulsuz olacaq
sosial

Bu şəxslər üçün ictimai nəqliyyat pulsuz olacaq

19-02-2026 13:00 21 Baxış
IMG

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) qeydiyyatdan keçənlər üçün pulsuz nəqliyyat xidmətləri təşkil olunacaq.

Tvit.az xəbər verir ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddəti ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu ilə təyin olunmuş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar işləyəcək.

Həmçinin tədbir məkanı üçün nəqliyyat vasitələri ödənişsiz olacaq.

Xatırladaq ki, WUF13 bu il mayın 17-22-də Bakıda keçiriləcək.(report)