Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla Ukrayna arasında mühüm müzakirə
siyasət

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

18-02-2026 23:00 22 Baxış
IMG

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev ilə görüş keçirib.

 

Bu barədə Tvit.az-a ANAMA-dan bildirilib.

 

Görüşdə hər iki ölkə üçün prioritet sahələrdən biri olan mina təhlükəsi ilə mübarizə istiqamətində ikitərəfli əməkdaşlıq perspektivləri, eləcə də ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti arasında Anlaşma Memorandumunun icrası məsələləri müzakirə edilib.