Rusiya və ABŞ arasında nüvə silahlarının nəzarəti sahəsində yeni sazişlərin hazırlanması ilə bağlı dialoq dəstəklənməlidir.
Tvit.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossinin müsahibəsində qeyd olunub.
"Danışıqlardan xəbərim yoxdur, amma düşünürəm ki, ABŞ və Rusiya məsləhətləşmələr aparır. Dialoq davam edir və əlbəttə ki, təşviq edilməli və dəstəklənməlidir",- deyə o, Moskva və Vaşinqton arasında bu sahədə yeni sazişlərin hazırlanması ehtimalından danışıb.
O vurğulayıb ki, bu addım yalnız Vaşinqtonun da eyni qaydada hərəkət edəcəyi təqdirdə real ola bilər.
Aysel Şirinova