Rusiya ABŞ-ı Kubanın dəniz blokadası planlarından imtina etməyə çağırır.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Beynəlxalq ictimaiyyətin əksəriyyəti ilə birlikdə ABŞ-ı sağlam düşüncə və məsuliyyətli yanaşma nümayiş etdirməyə, Azadlıq Adasının dəniz blokadası planlarından çəkinməyə çağırırıq",- deyə nazir bildirib.
Elmin Alışov