İran, Rusiya və Çin cümə axşamı günü Oman körfəzində və Hind okeanının şimalında hərbi təlimlər keçirəcək.
Tvit.az bu barədə “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir.
Təlim İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri, Çin və Rusiya dəniz qüvvələrinin iştirakı ilə keçiriləcək.
Təlimin əsas məqsədi Ərəbistan dənizində və Şimali Hind okeanında təhlükəsizliyi və davamlı dəniz qarşılıqlı əlaqələrini gücləndirmək olduğu qeyd olunub.
Elmin Alışov