ABŞ-nin Azərbaycandakı səfirliyi Nəriman Axundzadəni təbrik edib.
Tvit.az xəbər verir ki, bununla bağlı səfirlik sosial media hesabında paylaşıb.
Səfirlik paylaşımında həmçinin “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar arzulayıb.
"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Columbus Crew" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik.
“Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"

