Ukrayna Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məlumat verib.
"Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketini tətbiq edib", - deyə Zelenski öz Telegram kanalında yazıb.
Zelenski əlavə edib ki, Kiyev bu mövzu üzərində "tərəfdaşlarla işləyəcək". Zelenskinin saytında yerləşdirilən sənədin mətnində qeyd edildiyi kimi, sanksiyalar 10 il müddətinə tətbiq olunur.
Aysel Şirinova