Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycan Rumıniyaya neft ixracını 7 %-ə yaxın artırıb
iqtisadiyyat

Azərbaycan Rumıniyaya neft ixracını 7 %-ə yaxın artırıb

17-02-2026 21:00 17 Baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Rumıniyaya 197 min 053,85 ton xam neft ixrac edib.

 

Tvit.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 93 milyon 673,99 min ABŞ dolları təşkil edib.

 

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 6,8 % çox, dəyəri isə 10,6 % azdır.

 

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 7,45 % olub.

 

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

 

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.